Azərbaycanda futbol klubuna texniki məğlubiyyət verildi

AFFA-dan texniki məğlubiyyət

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 03 Mart 2015, 13:36

Azərbaycan birinci divizion təmsilçisi "Kəpəz" klubuna texniki məğlubiyyət verilib.

 

İnterAz-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, buna "Kəpəz"in futbolçusu  Ramil Həşimzadənin birinci divizionn 17-ci turunda "Zirə"yə qarşı matçı buraxmalı olduğu halda oyunda iştirakı səbəb olub. Buna görə də "Kəpəz"ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 

Qeyd edək ki, "Zirə" - "Kəpəz" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.