"Qalatasaray" klubunun prezidenti xəstəxanalıq oldu

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Duyğun Yarsuvat xəstəxanaya düşüb.

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 04 Mart 2015, 11:45

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Duyğun Yarsuvat xəstəxanaya düşüb.

 

İnterAznklubunrəsmisaytınaistinadənverdiyiməlumatagörə, YarsuvatYeditepeUniversitetində dərskeçərkənhalı pisləşib.Yüksək şəkərsəbəbiylə başı fırlananklubprezidentinə ilkmüdaxilə universitetdə edilib.

 

"Qalatasaray" klubunun prezidenti daha sonra Yeditepe Universiteti Xəstəxanasına aparılıb. Klub prezidentinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilib.

 

"Qalatasaray" prezidenti yoxlanışlardan keçib və nətitəcələr müsbət çıxıb. Ancaq buna baxmayaraq Yarsuvat bir müddət xəstəxanada saxlanılıb.

Xatırladaq ki, Duyğun Yarsuvat ötən ilin sonlarında “Qalatasaray” klubun fövqəladə qurultayında 1777 səs toplayaraq klubun yeni başqanı seçilib. Digər namizəd Alp Yalmana  1566 səs verilib.

 

Duyğun Yarsuvat “Qalatasaray” Universitetinin qurucu rektorudur. Türkiyənin tanınmış hüquqşünaslarından olan professor D. Yarsuvat söz və ifadə azadlığı ilə bağlı məhkəmə proseslərində vəkillik də edir.