Azərbaycanda Bədən tərbiyəsi və İdman günü qeyd olunur

Bu tarix prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında sərəncamına əsasən qeyd edilir.

Bakı, Ramik Cəfərzadə, İnteraz - 05 Mart 2015, 12:02

Bu gün Azərbaycanda Bədən tərbiyəsi və İdman günü qeyd olunur.

 

İnterAz-ın məlumatına görə, bu tarix Prezident İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd edilir.

 

Azərbaycanda idmanın inkişafı isə ildən-ilə geniş vüsət alır. 2012-ci il həm də Dövlət başçısı tərəfindən “İdman ili” elan edilib.

 

Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub.