“Qarabağ” “Xəzər-Lənkəran”ı məyus etdi

Ötən gün Azərbaycan Premyer Liqasında 25-ci turun oyunları keçirilib

Bakı, Xəyal Şükür, İnteraz - 09 Mart 2015, 12:18

Turun bütün qarşılaşmaları bu günə nəzərdə tutulub. İndterAz-ın verdiyi məlumata görə, günün ilk oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutub. "İnter"i qəbul edən "Neftçi" 0:2 hesabı ilə uduzub.

 

Lider “Qarabağ” Respublika stadionunda “Xəzər Lənkəran”la üz-üzə gəlib və minimal hesabla qalib gəlib - 1:0.

 

Günün son oyununda “Sumqayıt” “Qəbələ”nin qonağı olub və 0:2 hesabı ilə uduzub.