Ermənilərin Bakı Avropa Oyunlarındakı iştirakı rəsmən təsdiqləndi

Erməni Milli Olimpiya Komitəsi bəyanat verdi

Bakı, , İnteraz - 10 Mart 2015, 17:02

Ermənistan bu il Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək. Lakin idmançılar öz iştirakları barədə qərarı özləri qəbul edəcəklər. Bu qərar Ermənistan Milli Olimpiya Komitəsinin (MOK) iclasında qəbul edilib. İnterAz-ın verdiyi məlumata görə, bu barədə Oxu.Az News.am-a istinadən xəbər verir.

 

Xatırladaq ki, erməni yunan-Roma güləşi yığmasının baş məşqçisi, olimpiya çempionu Levon Culfalakyan və Ermənistan Güləş Federasiyası Bakıya gəlməyin əleyhinə çıxış etmişdilər.

 

Ermənistanın idman naziri Qabriyel Kazaryan isə News.am-a söhbətində erməni idmançıların Avropa Oyunlarında iştirakını mütləq adlandırmışdı.