Çempionlar Liqası: "Real" məğlub oldu, "Porto"dan darmadağın

Bu gecə Çempionlar Liqasında növbəti görüşlər keçirilib.

Bakı, Səbuhi Vaqifoğlu, , İnteraz - 11 Mart 2015, 10:08

Çempionlar Liqasında növbəti görüşlər keçirilib.

 

İnterAz-ın verdiyi məlumata görə, 1/8 final mərhələsinin cavab oyunlarına Pireney yarımadasında start verilib.

 

İlk 1/4 finalçılar Portuqaliya və İspaniyada keçirilən qarşılaşmalarda müəyyənləşib. “Draqao” stadionunda baş tutan “Porto” – “Bazel” matçı daha çox maraq kəsb edirdi.

 

Həm cütün, həm də ev oyununun favoriti hesab edilən meydan sahibləri rəqibini top atəşinə tutub. Görüşdə 4:0 hesabı ilə qalib gələn “Porto” 1/4 finala vəsiqə qazanıb. (İlk oyun – 1:1)

 

 

Digər oyunda isə “Kral klubu” gözlənilmədən uduzub. Səfərdə “Şalke”ni 2 top fərqilə məğlub edən “Real”ın üstünlüyünü Madriddə əldən vermə niyyətində deyildi. Son matçlarda o qədər də inamlı təsir bağışlamayan Karlo Ançelottinin yetirmələri “Santyaqo Bernabeu” stadionunda yerli azarkeşlərini üzüb.

 

Beləliklə, “Real” “Şalke”yə 3:4 hesabı ilə məğlub olsa da, 1/4 finala yüksəlib. (İlk oyun – 2:0)

 

 

Xatırladaq ki, Çempionlar Liqası, 1/8 finalın digər cavab oyunları bu gecə baş tutacaq. 

 

11 mart

Çempionlar Liqası, 1/8 finalın cavab oyunları 

 

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa)

 

(İlk oyun - 1:1)

 

23:45. "Bavariya" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

 

(İlk oyun - 0:0)