Çempionlar Liqasında 1/4 finalın iki komandası məlum oldu

Bu gecə Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 18 Mart 2015, 09:36

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir.

 

İnterAz-ın verdiyi məlumata görə, bu gecə daha iki qarşılaşma baş tutub.

 

Fransada "Monako" "Arsenal"ı qəbul edib.  Səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gələn Fransa klubu cütün favoriti hesab olunurdu. Oyun London klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Lakin bu hesab Arsen Vengerin komandasına növbəti mərhələyə çıxmaq üçün kifayət etməyib.   1/4 finala “Monako” adlayıb.

 

 

Madriddə "Atletiko" Leverkuzen "Bayer"ini qəbul edib. İlk görüşdə rəqibinə 0:1 hesabı ilə uduzan Dieqo Simeonenin komandası həmin məğlubiyyətin əvəzini çıxıb – 1:0. Ümumi hesab bərabər olduğundan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (3:2) madridlilər 1/4 finala yüksəlib.

 

 

Qeyd edək ki, Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

 

23:45. “Barselona” (İspaniya) - “Mançester Siti” (İngiltərə) 

(İlk oyun - 2:1)

 

23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Yuventus” (İtaliya) 

 

(İlk oyun - 1:2)