"Azərbaycanda futbolun inkişafı üçün aşağı yaş qrupu üzrə komandalara xüsusi diqqət yetirmək lazımdır"

"Azərbaycanda ciddi işlər görülməlidir"

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 26 Mart 2015, 12:23

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin Azərbaycan futbolu haqda fikirlərini bildirib.

 

İnterAz-ın məlumatına görə, Türkiyə mətbuatına danışan təcrübəli mütəxəssis ölkəmizdə işləməkdən məmnun olduğunu söyləyib.

 

Çətin qeyd edib ki, Azərbaycanda futbolun inkişafı üçün aşağı yaş qrupu üzrə komandaların inkişafına diqqət yetirmək lazımdır:

 

"Bununla bağlı ciddi işlər görülməlidir. Çünki Azərbaycanda yeni futbolçular üzə çıxarılmalıdır. Bir sözlə, oradakı problemlər də Türkiyədəki kimidir. Yeni nəsilin yetişməsi üçün isə aşağı yaş qrupu komandaların inkişafı istiqamətində işlər görülməlidir".

 

Xatırladaq ki, O.Çətin 2014-cü ilin iyun-dekabr aylarında"Xəzər Lənkəran" klubunu çalışdırıb.