Azərbaycanlı idmançı rinqdə dünyasını dəyişdi

Azərbaycan çempionatında idmançının ölümü qeydə alınıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 28 Mart 2015, 15:05

Hövsan Olimpiya Kompleksində keçirilən qaydasız döyüş üzrə Azərbaycan çempionatında baş verən ölümlə bağlı yeni görüntülər yayılıb.

 

İnterAz xəbər verir ki, yarış zamanı Quba idmançısı Ramin Zeynalov rinqdə dünyasını dəyişib. Yarış zamanı Zeynalov huşunu itirib, sonradan məlum olub ki, idmançı dünyasını dəyişib. Səkkiz guşəli rinqdə ölüm hadisəsindən sonra Azərbaycan çempionatı dayandırılıb, yarışın digər görüşləri baş tutmayıb.

 

Hadisədən sonra tibbi ekspertiza üçün Ramin Zeynalovun meyiti müayinə edilib və onun ürəyinin yarış zamanı dayandığı təsdiqlənib. Hazırda mərhum idmançının dəfn mərasimi keçirilir.

 

Qeyd edək ki, Ramin Zeynalovun iki yaşında bir övladı var.

 

Hadisənin görüntülərini sizlərə təqdim edirik: