ABŞ-da rus xokkeyçisi həbs olunub

Semyon Varlamov adam oğurluğu və zorakılıqda ittiham olunur

Bakı, Tural Səftərov, Vüsal Nəbiyev, İnteraz - 31 Oktyabr 2013, 10:31

Rusiya xokkey oyunçusu Amerika Polisi tərəfindən məişət zorakılığı ittihamı ilə həbs olunub. Hazırda Milli Xokkey Liqası "Kolorado Avalanş" klubunun qapıçısı olan Varlamov, könüllü olaraq polisə təslim olub.

 

Polis Varlamovun girov müqabilində azad olunmayacağını bildirib.

 

"O, adam oğurluğu və məişət zorakılığında ittiham olunur ", - rəsmi sözçü bildirib. Məhkəmənin bu gün keçiriləcəyi söylənilir.

 

Qeyd edək ki, Soçi Olimpiya Oyunlarında Rusiya milli komandası üçün namizəd olan qapıçı, statistika liderlərindən biridir. 2013/14-cü illər mövsümü üçün keçirilən səkkiz matçda Varlamov qapıları müdafiə edərək, komandasına yeddi qələbə qazandırıb.