UEFA qalmaqallı oyunda baş verənlərlə bağlı intizam işi açıb

UEFA Monteneqro – Rusiya matçında baş verənlərlə bağlı intizam işi açıb

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 31 Mart 2015, 10:21

UEFA "Avro-2016"nın seçmə mərhələsinin Monteneqro – Rusiya matçında baş verən olaylara görə intizam işi açıb.

 

İnterAz xəbər verir ki, buna həmin oyunun yarımçıq dayandırılmağı səbəb olub.

 

Monteneqro tərəfi azarkeşləri pirotexniki maddələr yandırmaqda və meydana yad əşyalar atmaqda ittiham olunurlar.

 

Bununla yanaşı, matçın sonadək oynanılmamağı səbəbilə Monteneqroya 0:3 hesablı texniki məğlubiyyət veriləcəyi gözlənilir.

 

Bildirək ki, Monteneqro - Rusiya matçının ilk dəqiqəsində yerli fanatlar qonaqların qapıçısı İqor Akinfeyevə fişəng atıblar. Başından xəsarət alan qolkiper xəstəxanaya aparılıb. Bundan sonra matç dayandırılıb. Daha sonra oyun bərpa olunsa da, yerli azarkeşlər bu dəfə rusiyalı futbolçu Dmitriy Kombarovun başına alışqan atıblar. Bundan sonra futbolçular arasında insident yaranıb və Rusiya millisinin oyunçuları meydanı tərk ediblər. Beləliklə də, görüş yarımçıq dayandırılıb.

 

Baş verən hadisəyə görə Monteneqro millisinə ciddi cəza veriləcəyi gözlənilir.