Neymara qarşı kobud hərəkət

Çilili müdafiəçidən "Neymar"a qarşı iyrənc kobudluq

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 31 Mart 2015, 15:05

"Braziliya" – "Çili" arasında keçirilən yoldaşlıq oyunu zamanı qınaq obyektinə çevirlən olay yaşanıb.

 

İnterAz xəbər verir ki, Çili milli komandasının müdafiəçisi Qari Medel görüşün 23-cü dəqiqəsində Braziliyanın ulduz futbolçusu “Neymar”ın ayağını qəsdən tapdalayıb. Hadisə sonrası ağrılar içində vurnuxan Neymar çətinliklə ayağa qalxıb.

 

Qeyd edək ki, görüş Braziliyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu Ferminio vurub.