Azərbaycan millisi sonuncu oyunda da uduzub

Millimiz yenə uduzdu

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 01 Aprel 2015, 10:44

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının elit-raund mərhələsində Azərbaycan millisi son oyununa çıxıb.

 

İnterAz xəbər verir ki, komandamız bu dəfə Danimarka ilə qarşılaşıb. Millimiz sonuncu matçında da uduzub - 0:3.

 

İlk iki görüşdə uduzaraq final mərhələsinə vəsiqə qazanmaq imkanını itirən hər iki komanda üçün bu oyun formal xarakter daşıyırdı.

 

Qeyd edək ki, elit-raundun ilk görüşündə Fransaya 0:1 hesabı ilə uduzan yığmamız ikinci matçında İngiltərəyə məğlub olub - 0:1.