Bu gün “Neftçi” “Xəzər-Lənkəran”la qarşılaşacaq

12-ci turun növbəti görüşləri keçiriləcək

Bakı, Tural Səftərov, İnteraz - 02 Noyabr 2013, 10:12

Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti görüşləri keçiriləcək. İnterAz-ın verdiyi xəbərə görə, "Neftçi" "Bakcell Arena"da "Xəzər Lənkəran"ı qəbul eləyəcək. 

 

İkinci oyun gününə daha iki qarşılaşma nəzərdə tutulub. Turun mərkəzi görüşündə "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edəcək. Digər oyunda isə "İnter" "Rəvan"ı sınağa çəkəcək.

 

Qeyd edək ki, 12-ci tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.

 

2 noyabr (şənbə)

 

Topaz Premyer Liqa, 12-ci tur

 

17:00. “İnter” – “Rəvan”

Hakimlər: Vüsal Əliyev, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Tahir Əhmədov
“Şəfa” stadionu.

19:00. “Neftçi” – “Xəzər Lənkəran”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Diniyev 
8-ci km qəsəbə stadionu.