Futbolçu ağır yol qəzasına düşdü, maşını parça-parça oldu

“Anji” klubundan icarə əsasında “Kuban” klubuna keçən ukraynalı futbolçu Andrey Yeşenko ağır qəzaya düşüb.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 30 Aprel 2015, 15:10

“Anji” klubundan icarə əsasında “Kuban” klubuna keçən ukraynalı futbolçu Andrey Yeşenko ağır qəzaya düşüb.

 

İnterAz futbolmedia.az-a istinadən xəbər verir ki, futbolçu avtamobilini yüksək sürətlə idarə etdiyi üçün (saat-da170 km sürətlə) qəzadan qaça bilməyib.

 

Onun maşını işıq dirəklərinin birinə çırpılıb. Sürət o, qədər yüksək olub ki,başın dirəyi yerindən qoparmaqla yanaşı avtomobil özü də parça-parça olub. Futbolçunun durumu isə çox ağırolduğu deyilir.

 

Qəzadan görüntüləri sizlərə təqdim edirik: