"Simurq" futbolçularından Cahangir Hacıyevə maraqlı etiraz - Video

Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevin rəhbəri olduğu klubun futbolçuları ona etiraz edib

Bakı, Xəyal Şükür, İnteraz - 01 May 2015, 17:53

İnterAz-ın verdiyi məlumata görə, hazırda baş tutan "Simurq"-"İnter" oyununda  meydan sahibləri klubun maliyyə vəziyyətinə etiraz olaraq futbol oynamaqdan imtina ediblər. Belə ki, futbolçular hakimin start fitindən sonra yerə oturublar. Bir neçə saniyə meydanda oturaraq rəhbərliyə etiraz edən futbolçular daha sonra oyunu davam etdiriblər.

 

Qeyd edək ki, Cahangir Hacıyev həm də Bakının "İnter" klubunun fəxri prezidentidir. /Qafqazinfo/