“Fənərbaxça” başçısını seçdi

Əziz Yıldırım keçirilən səsvermədə yüksək nəticə göstərib

Bakı, Tural Səftərov, İnteraz - 04 Noyabr 2013, 09:32

Türkiyənin “Fənərbaxça” futbol klubu öz başçısını seçib. İnterAz-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, klub rəhbərliyi yenidən Əziz Yıldırıma həvalə olunub. Yıldırım 6821 səs toplayıb.

 

Klub rəhbərini seçmək üçün bu gün səhər saat 10:00-da başlayan səsvermə saat 17:00-da başa çatıb. 

 

Nəticələr elan ediləndən sonra çıxış edən Ə.Yıldırım bunun fənərbaxçalıların mübarizəsi olduğunu deyib. "Bu "Fənərbaxça"ya xəyanət edənlərlə, klub üçün həbs edilənlər, dar ağacında olsa belə klubumuzu yalnız buraxmayanların mübarizəsidir. Biz "Fənərbaxça" üçün varıq. Bizdən sonra gələn nəsillərə "Fənərbaxça"nı təslim edəcəyik". 

 

Yıldırım bu il hər sahədə çempion olmaq üçün əllərindən gələni edəcəklərini deyib. "Sabah heç kim çıxıb deməsin ki, bunlar yenə hiylə işlədəcək".