Futbolçular meydana anaları ilə çıxdı

Futbolçulardan Beynəlxalq Analar Günü münasibəti ilə maraqlı addım.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 11 May 2015, 13:59

"Ayaks" klubunun futbolçuları Beynəlxalq Analar Günü münasibəti ilə maraqlı addım atıblar.

 

İnterAz-ın qol.az-a istinadən verdiyi məlumata görə, onlar "Kambuur"a qarşı dünən keçirilən matçda meydana hər dəfə olduğu kimi balaca uşaqlarla deyil,  anaları ilə birlikdə çıxıblar.

 

Futbolçuların bu hərəkəti azarkeşlər tərəfindən  alqışlarla qarşılanıb.

 

Qeyd edək ki, "Ayaks" - "Kambuur" oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.