AFFA klubları cəzalandırıb

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 May 2015, 16:24

AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

 

İnterAz-ın PFL-in rəsmi saytına istinadla verdiyi xəbərə görə, İK Premyer Liqanın 33-cü turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

 

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt” – “Qəbələ” matçının 83-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Ruslan Tağızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XXXIII turunun “İnter” – “Neftçi” matçının 65-ci dəqiqəsində “İnter”in futbolçusu Səlahət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 90-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Xəzər Lənkəran” – “Qarabağ” matçında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra mətbuat konfransında iştirak etmədiyinə görə, klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Bakı” – AZAL matçının 73-cü dəqiqəsində “Bakı” klubunun futbolçusu Vüqar Bəybalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 90+2-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Mahir Mədətov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.