Bu gün "Bavariya" "Barselona" ilə qarşılaşacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 May 2015, 16:53

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

 

İnterAz xəbər verir ki,baş tutacaq bir oyundan sonra ilk finalçı müəyyənləşəcək.Almaniyada "Bavariya" "Barselona"nı qəbul edəcək. Səfərdə "Barselona"ya 0:3 hesabı ilə uduzan "Bavariya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Kataloniya təmsilçisinin bu üstünlüyünü əldən verəcəyi inandırıcı görünmür.

 

Qeyd edək ki, digər yarımfinal cütündə "Real" və "Yuventus" komandaları üz-üzə gələcək. Bu komandalar arasında Turində keçirilən oyunda "Yuventus" qələbə qazanıb - 2:1.