Çempionlar Liqasının ilk finalçısı müəyyənləşdi

“Barselona” finalda - VİDEO

Bakı, Xəyal Şükür, İnteraz - 13 May 2015, 10:20

 

Bu gün UEFA Çempionlar Liqasının ilk finalçısı məlum olub.

 

Yarımfinal mərhələsinin cavab oyununda “Bavariya” ilə “Barselona” Münhendə münasibətlərinə aydınlıq gətiriblər.

 

Xatırladaq ki, bu komandalar arasında “Nou Kampd”a keçirilən ilk oyunda, “Barselona” rəqibini üç cavabsız qolla məğlub etmişdir.

 

Cavab oyununa meydan sahibləri fəal başlayıblar - 7-ci dəqiqədə Benatia almanlarl hesabda irəli çıxarıb. Lakin 15 və 29-cu dəqiqələrdə Neymarın dublu demək olar ki, cütlüyün taleyini həll edib.

 

Artıq “Bavariya”nın möcüzəyə belə ümidi qalmamışdı. Ancaq təsəlli və şərəf üçün oynamağa dəyərdi ki, almanlar da məhz bu prinsipi əldə rəhbər tutaraq sona qədər təslim olmadı.

 

Levandovski və Müllerin müvafiq olaraq 59-cu və 74-cü dəqiqələrdə olduqca baxımlı alınan iki qolu münhenlilərə qələbə gətirdi. 

 

Beləliklə, iki oyunun nəticəsinə görə “Barselona” 2014/25 mövsümü Çempionlar Liqası turnirinin ilk finalçısı oldu.

 

Kataloniyalıların rəqibi sabah keçiriləcək “Real” - “Yuventus” matçında bəlli olacaq. Xatırladaq ki, bu komandaların Turində keçirilən ilk oyununda “Yuventus” 2:1 hesabı ilə qələbə qazanmışdı.