"Neftçi"nin sabiq prezidenti ​əməliyyat olundu

Sadıq Sadıqov əməliyyat olunub.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 13 May 2015, 14:41

"Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Sadıq Sadıqov əməliyyat olunub.

 

Bu barədə Report-a Şuranın üzvü Mübariz Zeynalov məlumat verib.

 

Onun sözlərinə görə, klubun sabiq prezidenti boğazından əməliyyat olunub. Əməliyyatın Bakıda keçirildiyini deyən M.Zeynalov hazırda S.Sadıqovun özünü yaxşı hiss etdiyini bildirib: "Hər şey qaydasındadır. Sadəcə boğazından əməliyyat olunduğu üçün həkimlər ona danışmağa icazə vermir".

 

 M.Zeynalov bildirib ki, S.Sadıqov əməliyyat olunduğundan, Müşahidə Şurasının mayın 8-də keçirilmiş sonuncu iclasına qatılmayıb: "Sadıq müəllim bizə mesaj da göndərmişdi ki, boğazımdan əməliyyat olunmuşam, danışa bilmirəm".