Tahir Süleymanov "Arena" verilişində "Neftçi"ni tənqid etdi: "1 ay başlarını qatdılar loqoya, sonra da deyirlər ki, səhv etmişik"

"İnterAz" telekanalında yayımlanan "Arena" verilişinin növbəti buraxılışı olub

Bakı, Xəyal Şükür, İnteraz - 18 May 2015, 14:58

InterAz xəbər verir ki, Rüfət Nadirlinin təqdimatında baş tutan verilişin qonaqları "Neftçi"nin keçmiş vitse-prezidenti Tahir Süleymanov və "Futbol+" qəzetinin əməkdaşı Rəşad Qasımov olub. "Neftçi" haqqında fikir söyləyərkən Tahir Süleymanov daha sonra bunları vurğulayıb: 

 

"Bəh-bəhlə "Neftçi"də mühafizə xidmətinin rəhbəri dəyişildi,yaxud da sürücü dəyişildi deyə rəsmi saytda xəbərlər yazılır, Çingiz müəllim bunlarla bağlı açıqlamalar verir. Bunun futbola nə aidiyyatı var ? Artıq hiss olunur ki, komandaya gələn şəxslər plansız gəliblər. İndi loqo dönəmi deyil, 1 ay başlarını qatdılar loqoya,sonra da deyirlər ki, səhv etmişik və loqo dəyişilməyəcək.1 aydan sonra klublarımız Avroliqada çıxış edəcəklər və "Neftçi" minimum 50% dəyişilməlidir. Söhbət heyətdən gedir, söhbət sürücüdən, aşbazdan getmir. Bu barədə fikirləşmək lazımdır. Bu gün artıq "Neftçi" rəhbərliyi kosmetik görüntü yaradır ki, guya nəsə etmək istəyirlər və bu məqamda Arif Əsədov və futbolçular tək qalıblar.