"Beşiktaş"a çempionluq yolunda ağır zərbə

"Beşiktaş" çempionluq yarışından kənarda qaldı.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 19 May 2015, 12:10

Türkiyə superliqasında 32-ci tura yekun vurulub.

 

İnterAz-ın verdiyi məlumata görə, çempionluq uğrunda mübarizə aparan "Beşiktaş" doğma azarkeşlər önündə "Konyaspor" klubunu qəbul edib. Matçın sonuna 10 dəqiqə qalmış qapısında top görən "Beşiktaş" çempionluq yolunda ağır zərbə alıb. 

 

Bu məğlubiyyətdən sonra lider "Qalatasaray"dan 7 xal geri qalan "Beşiktaş" çempion olmaq şansını itirib.