Türkiyə kuboku: "Qalatasaray" məğlubiyyətlə finala çıxdı

Məğlubiyyətə baхmayaraq, "sarı-qırmızılılar" finala çıхıb.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 20 May 2015, 11:11

Türkiyə Kubokunun ilk finalçısı müəyyənləşib.

 

İnterAz-ın verdiyi məlumata görə, Türkiyə superliqasının hal-hazırki lideri "Qalatasaray" kubok oyunlarında da uğurlu çıxışlarını davam etdirir. 

 

Belə ki, Türkiyə kubokunun yarımfinalın mərhələsinin cavab oyununda "Sivasspor"un qonağı olan sarı-qırmızılar rəqibinə 2:1 hesabı ilə məlub olmasına baxmayaraq adını finala yazdırıb.

 

Qeyd edək ki, "Qalatasaray" ilk oyunda "Sivasspor" 4:1 hesabı ilə məğlub etmişdi.

 

 

 Yarımfinalın digər oyunu bu gün "Fənərbaхça" və "Bursaspor" arasında keçiriləcək. "Fənərbaхça" səfərdəki ilk oyunda 2:1 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, Türkiyə Kubokunun son qalibi "Qalatasaray"dı. "Cim-Bom" ötən mövsüm "Eskişəhərspor"u 1:0 hesabı ilə yenərək kuboka sahib çıхmışdı.