UEFA-dan Cüneyt Çakıra qadağa

UEFA türk hakimə qadağa qoydu.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 21 May 2015, 09:38

Çempionlar Liqasının  final matçına təyinat alan türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.

 

İnterAz-ın qol.az-a istinadən verdiyi məlumata görə, UEFA ona final oyununa qədər mətbuata müsahibə verməməyi tapşırıb.

 

Final görüşünə təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib.  Bir çox mətbuat orqanları onda müsaibə almaq istəyib.

 

 UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb. 

 

Qeyd edək ki, "Barselona" və "Yuventus" komandaları arasında oynanılacaq final qarşılaşması iyunun 6-ı Berlinin "Olimpiya" stadionunda keçiriləcək.