FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-nə təyin edilib

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 12 Iyun 2015, 09:15

FİFA İcraiyyə Komitəsinin növbədənkənar iclası iyunun 20-də keçiriləcək.

 

İnterAz-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat təşkilatın saytında  dərc olunub.

 

Məlumata görə, iclasda FİFA-nın yeni prezidentini seçəcək konqresin tarixi müəyyən ediləcək.

 

Xatırladaq ki, mayın 27-də Sürixdə korrupsiya qalmaqalı ilə bağlı FİFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs edilib.

 

İyunun 2-də FİFA prezidenti Yozef Blatter vəzifəsindən istefa verib.