Azərbaycan millisi Norveçdən xalla döndü

“Avro-2016”nın seçmə mərhələsində VI turun oyunlarına start verilib.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 13 Iyun 2015, 11:14

İnterAz-ın məlumatına görə, H qrupunda mübarizə aparan milli komandamız da növbəti oyununa çıxıb.

 

Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız səfərdə Norveçlə qarşılaşıb. Xorvatiyalı mütəxəssis üçün bu, millimizlə ilk səfər matçı olub.

 

Norveçlə Bakıda keçirilən ilk oyunda 0:1 hesabı ilə uduzan komandamız səfərdən ən azı bir xalla dönmək niyyətində idi. Yığmamız əzmkar oyun sayəsində istəyinə nail olub. Matçda qapılara qol vurulmayıb.

 

Beləliklə, millimiz çətin Norveç səfərindən bir xalla dönür.