"Aslanlar" məğlub oldu, "Real" heç-heçə ilə kifayətləndi

Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib

Bakı, Tural Səftərov, İnteraz - 06 Noyabr 2013, 08:48

Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib. İnterAz-ın xəbərinə görə, II dövrənin ilk oyun günündə A, B, C və D qruplarında növbəti matçlar keçirilib.

 

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Qalatasaray” səfərdə “Kopenhagen”in qonağı olub. İlk oyunda rəqib üzərində asan qələbə qazanan Roberto Mançininin yetirmələri bu dəfə minimal hesabla uduzub. 

 

Qrupdakı digər oyunda isə məğlubiyyət üzü görməyən Madrid “Real”ı Turində “Yuventus”la üz-üzə gəlib. Lider bu matçda da 3 xal qazanaraq zirvədəki yerini möhkəmləndirmək fikrində olsa da, tərəflər hərəyə 2 qolla kifayətlənib. 

 

Dünənki bütün oyunların nəticələrini sizə təqdim edirik.

 

Çempionlar Liqası

IV tur

5 noyabr

 

A qrupu 

"Şaxtyor" (Ukrayna) - "Bayer" (Almaniya) - 0:0

"Real Sosyedad" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Fellaini, 90 ("Mançester Yunayted")

 

B qrupu

“Yuventus” (İtaliya) - “Real” (İspaniya) - 2:2

QOL: Vidal, 42 (pen.), Llorente, 65 - Ronaldo, 52, Beyl, 60

“Kopenhagen” (Danimarka) - “Qalatasaray” (Türkiyə) - 1:0

QOL: Braaten, 6

 

C qrupu

PSJ (Fransa) - “Anderlext” (Belçika) - 1:1

QOL: İbrahimoviç, 70 - Ziuv, 68

Qırmızı vərəqə: Saça Klyestan, 82 (“Anderlext”)

“Olimpiakos” (Yunanıstan) - “Benfika” (Portuqaliya) - 1:0

QOL: Manolas, 13

 

D qrupu

“Mançester Siti” (İngiltərə) - MOİK (Rusiya) - 5:2

QOL: Aqüero, 3 (pen.), 20, Neqredo, 30, 51, 90 - Dumbia, 45, (72-pen)

"Viktoriya" (Çexiya) - “Bavariya” (Almaniya) - 0:1

QOL: Mandzukiç, 65