Futbol əfsanələri yorulmaq bilmir

“Real” və “Liverpul”un veteran futbolçuları arasında dostluq görüşü keçirilib.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 15 Iyun 2015, 12:23

Madridin “Santyaqo Bernabeu” stadionunda “Real” və “Liverpul”un veteran futbolçuları arasında dostluq görüşü keçirilib.

İnterAz-ın Apasport.az saytına istinadən məlumatına görə, madridlilərin 4:2 hesablı qələbəsi ilə nəticələnən matçda bir çox əfsanə futbolçular forma geyiniblər.
 

“Kral klubu”nun heyətində Zidan, Moryentes, Zeedorf, Salqado, Roberto Karlos kimi ulduzlar, “Liverpul” tərəfdən isə Dudek, Karrager, Makmanaman, Kyuell, Ouen, Fauler kimi əfsanələr meydana çıxıb.
 

Əfsanələr matçı
 

“Real Madrid” – “Liverpul” – 4:2

Qollar: Roberto Karlos (2), Amaviska, İvan Peres – Kyuel, Ouen