"Qalatasaray" "Bavariya"nın sabiq futbolçusunu transfer etmək istəyir

“Qalatasaray” “Fiorentina”nın hücumçusu Mario Qomezi transfer etməyə yaxındır.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 15 Iyun 2015, 13:13

“Qalatasaray” “Fiorentina”nın hücumçusu Mario Qomezi transfer etməyə çalışır.

ORCTV.az-ın məlumatına görə, bu barədə İtaliya mətbuatı xəbər yayıb.

Almaniyalı hücumçunun türkiyə klubuna keçməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, 2013-cü ildə “Bavariya”dan 15 milyon avroya transfer olunan 29 yaşlı hücumçu ötən mövsüm bir neçə dəfə zədələnsə də, 32 oyunda  10 qol vurub.\qolaz\