"Qarabağ" “Lans”ın futbolçusunu transfer etdi

"Qarabağ" yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb.

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 16 Iyun 2015, 17:12

"Qarabağ" yay transfer dönəmində ilk əcnəbi transferini reallaşdırıb.

İnterAz-ın qol.az-a istinadən verdiyi xəbərə görə, Ağdam təmsilçisi son mövsümü Fransanın 1-ci liqa təmsilçisi “Lans”da keçirən Alharbi El Jadeyaouinin keçidini həll edib. 29 yaşlı əlcəzair əsilli futbolçu vinger mövqeyində oynayır. Yarımmüdafiənin hər 2 cinahında yaxşı oynamağı bacarır.

Karyerası boyunca Fransa klublarında çıxış edən Alharbinin karyerasının ən yaxşı mövsümü 2014/15 mövsümü olub. Yüksək dəstədə 26 oyuna çıxan vinger 3 qola da imza atıb.  Son illər yüksələn qrafiklə fərqlənən futbolçu Mərakeş millisinə də çağrılıb.