“Qəbələ” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində

Qitə miqyaslı yarışda hər iki komandamız uğur qazanıb

Bakı , Xəyal Şükür, İnteraz - 28 Avqust 2015, 09:43

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın “Panatinaikos”, Qarabağ” və İsveçrənin “Yanq Boyz” Qəbələ” komandaları arasında cavab oyunu keçirilib. 

 

İnterAz xəbər verir ki, qitə miqyaslı yarışda hər iki komandamız uğur qazanıb. 

 

İlk oyunda Bakıda “Bakcell Arenada” 0:0 bərabərliyə qalan “qırmızı-qaralar” səfərdə sərfəli nəticə əldə edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar.

 

Yunanıstanın paytaxtında “Apostolos Nikolaidis” stadionunda keçirilən oyun 2:2 hesabı ilə bitib.

 

Bu nəticə ilə ““Qəbələ” Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazanıb.

 

Qollar: Markus Berq, 34, Nano, 79 - Dodo, 6; 60 

 

Tofiq Bəhrəmov adına Respublika stadionunda keçirilən Qarabağ “Yanq Boyz” oyununda isə komandamız 3:0 hesabı ilə qalib gəlib.

 

Hesabı oyunun 4-cü dəqiqəsində penalti zərbəsindən Riçard Almeyda açıb. 43-cü dəqiqədə Reynaldo hesab arasındakı fərqi iki topa çatdırıb. Oyunda son nöqtəni isə 62-ci dəqiqədə Əfran İsmayılov qoyub.

 

 

Beləliklə iki oyunun nəticəsinə görə (“Qarabağ” 4:0 “Yanq Boyz”) Qurban Qurbanovun yetirmələri Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.