2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı təxirə salınır?

Stadionda faciə: 3 nəfər dünyasını dəyişdi

Bakı, Tural Səftərov, İnteraz - 28 Noyabr 2013, 08:57

Braziliyanın San-Paulu şəhərində “Arena Korintians” stadionunda faciə yaşanıb. İnterAz-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı ərəfəsində stadionun tikintisi zamanı ən azı 3 nəfər metal konstruksiyaların altında qalaraq dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə səbəb kranın aşması olub. Lakin bu ehtimalın nə qədər həqiqətə uyğun olduğu dəqiq məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

FİFA prezidenti Yozef Blatter və stadion rəhbərliyi baş vermiş hadisə ilə bağlı ölənlərin yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, stadionun dünya çempionatı ərəfəsində dekabr ayında istifadəyə veriləcəyi gözlənilirdi.