• 15:11

Bulvarda dezinfeksiya işlərinə start verildi

05 Avqust 2014, 18:39

Dənizkənarı Milli Parkda dezinfeksiya işlərinə start verildi…

 

Son illərdə dünyanı cənginə alan infeksion xəstəliklərin yayılmasını nəzərə alaraq Azərbaycanda da bu xəstəliklərin  yayılmaması üçün  ,insanların çox olduğu yerlərdə,xüsusən də Dənizkənarı Milli Parkda  bugündən dezinfeksiya işlərinə başlanıldı...Bulvar ərazisinə gələn insanların sayının çoxluğunu nəzərə alaraq  oturacaqlardan tutmuş, bütün kafe və restoranlar həmçinin  atraksionlar dezinfeksiya olunacaq.

 

Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, dənizkənarı park ərazisində ayrı –ayrı obyektlərin  dezinfeskiya prosesi planlı şəkildə həyata keçirilirdi. Lakin ərazinin kütləvi şəkildə dezinfeksiyası ilk dəfədir keçirilir.

 

 

Nazim müəllim həmçinin bildirdi ki, bulvar ərazisi böyük olduğundan bu proses bir neçə gün davam edəcək. Rəis müavini qeyd etdi ki, bu  proses infeksiyalara qarşı profilaktik işlər aparan yerli şirkət tərəfindən həyata keçirilir. 

 

Qeyd edək ki, həyata keçirilən bütün proseslər zamanı obyektlərin fəaliyyətində  hər hansı məhdudiyyət olmayacaq. İnsanlar istirahət edərkən belə dezinfeksiya işləri həyata keçiriləcək.

 

Xumar Kərimli