• 19:31

UEFA Bakıda keçiriləcək Avropa Liqasının finalında VAR sistemindən istifadə edəcək

  • 13
04 Dekabr 2018, 15:54

UEFA bu mövsüm Bakıda keçiriləcək Avropa Liqasının final matçında videotəkrar (VAR) sistemindən istifadə edəcək.

 

İnterAz xəbər verir ki, bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

 

Daha əvvəl VAR-ın 2019-cu il UEFA Super Kuboku uğrunda matçda, 2020-ci il Avropa çempionatının final mərhələsində, 2020-2021 mövsümündə Avropa Liqasının qrup mərhələsindən etibarən və 2021-ci il Millətlər Liqasının finalında tətbiq olunacağı müəyyənləşib.

 

Qeyd edək ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.