• 20:16

Abşeronda yol qəzası baş verib, uzun tıxac yaranıb

  • 24
07 Dekabr 2018, 14:28

Abşeron rayonunda yol qəzası baş verib. Hadisə Saray qəsəbəsində qeydə alınıb.

 

İnterAz-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, belə ki, "Mercedes" və "VAZ 2106" markalı minik avtomobilləri toqquşub. 

 

Hadisəyə səbəb "VAZ 2106"nın yolun əks istiqamətinə çıxması olub. 

 

Nəticədə xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəza ilə bağlı yolda uzun tıxac yaranıb. 

 

Faktla bağlı araşdırma aparılır.