• 19:41

İran XİN: Terrorçuları və onlara göstəriş verən tərəfləri cəzalandıracağıq

  • 17
07 Dekabr 2018, 14:29

“İran terrorçuları və onlara göstəriş verən tərəfləri cəzalandıracaq.”

 

İnterAz-ın verdiyi məlumata görə, bunu İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif öz rəsmi twitter səhifəsində yazıb.

 

Ötən gün ölkənin cənub-şərqində Çabəhar şəhərində törədilən terror aktına münasibət bildirən İran xarici işlər naziri bildirib ki, hadisənin amirləri və icraçıları ədalət qarşısında mühakimə ediləcəklər.

 

Qeyd edək ki, Sepah-ın quru qüvvələrinin komandanı Məhəmməd Pakpur ötən gün hadisə yerinə baş çəkən zaman verdiyi müsahibədə bildirib ki, bu qruplaşmalar Səudiyyədən göstəriş alır.

 

Xatırladaq ki, ötən günkü hücumda bir polis zabiti də daxil olmaqla 4 nəfər həlak olub və 30-dan çox mülki və hərbçi yaralanıb.

 

Bu terror hücumunun məsuliyyətini separatçı və radikal “Ənsarul-Furqan” öhdəsinə götürüb.