• 19:54

"Azərişıq" ASC-nin yeni saytının təqdimatı olub

  • 14
15 Dekabr 2018, 12:44

Bu gün “Azərişıq” ASC yeni internet səhifəsini ictimaiyyətə təqdim edib.

 

İnterAz xəbər verir ki, yeni sayt əvvəlkinə nisbətən daha interaktivdir.

 

Təqdimat mərasimində çıxış edən səhmdar cəmiyyətinin İnformasiya texnologiyaları departamentinin direktor müavini Emin Əmirov deyib ki, saytda abunəçilər üçün elektron kabinet yaradılıb: "Bu kabinet vasitəsilə onlar elektrik enerjisi istehlakı ilə bağlı bütün məlumatları əldə edə biləcəklər".

 

Qurumun sözçüsü həmçinin deyib ki, internet səhifəsində qeydiyyatdan keçən abunəçilər baş verən enerji qəzaları və kəsintilərlə bağlı məlumat ala biləcəklər.