• 19:06

Gəncədə "N" saylı hərbi hissədə bayram şənliyi keçirilib

  • 25
15 Dekabr 2018, 16:01

Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə Müdafiə Nazirliyi və Bakı şəhəri Mədəniyyət Baş İdarəsi Nizami rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı ərəfəsində “Qələbələrin mübarək” adlı Yeni il şənliyi keçirilib.

 

Çıxış edən yüksək rütbəli hərbiçilər əsgərləri təbrik edib, bu kimi tədbirlərin vaxtaşırı təşkil olunduğunu və əsgərlərdə vətənpərvərlik ruhunun yüksəlməsinə xidmət etdiyini vurğulayıblar. Respublikanın tanınmış müğənnilərinin ifasında  bayram mahnılar səslənib, Gəncə qarnizonu zabitlər evinin rəqs qrupunun ifasında rəqslər təqdim olunub.