• 19:01

Moskvada Azərbaycanla Rusiya arasında hökumətlərarası komissiyanın iclası keçirilib

  • 19
15 Dekabr 2018, 16:02

Moskvada Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın iclası keçirilib.

 

İnterAz-ın Moskva müxbirinin verdiyi məlumata görə, 17-ci iclasda iki ölkə arasında bütün sahələrdə əməkdaşlığa dair müzakirələr aparılıb. 

 

İclas iştirakçıları iki ölkə arasında, o cümlədən kənd təsərrüfatı, sənaye, nəqliyyat, energetika, tikinti və turizm kimi mühüm sahələrdə ticari-iqtisadi münasibətlərin cari vəziyyətini və perspektivlərini müzakirə etdilər.İclasda çıxış edən Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin qeyd etdi ki, ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafı və əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.O, bütün sahələr üzrə əməkdaşlıq imkanlarının geniş olduğunu və biznes dairələrinin fəaliyyətinin xüsusi önəm kəsb etdiyini vurğuladı. İkitərəfli əməkdaşlığın əsas istiqamətləri müəyyənləşdirilib deyən rusiyalı nazir, diqqətə çatdırdı ki, bu, ilk növbədə, ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat potensialının inkişafı, Azərbaycan ərazisində birgə istehsalatın yaradılmasıdır.

 

Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev isə dedi ki, Dövlət başçıları ölkələrimiz arsında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və prezidentlərin rəsmi nümayəndə heyətləri, iş adamları ilə çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Diqqətə çatdırıldı ki, Azərbaycan və Rusiyanın əməkdaşlığı qarşılıqlı hörmət və dostluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. İqtisadiyyat naziri qeyd etdi ki, məhdud tərkibli görüşdə konkret məsələlər ətrafında danışıqlar aparılıb. Statistikaya əsasən 2017-cu il üçün və 2018-cu ilin 9 ayı ərzində əmtəə dövriyyəsinin artımı qeyd alınıb. 2017-ci il ərzində isə bu artım 30,6% təşkil edib. Ölkələr arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur deyən, Şahin Mustafayev bildirdi ki, Rusiya Azərbaycan mallarının idxalı üzrə əsas tərəfdaşdır. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox vəsait, Rusiya isə öz növbəsində Azərbaycan iqtisadiyyatına 4 milyard dollar sərmayə qoyub. Energetika, turizm, nəqliyyat, sənaye, kənd təsərrüfatının inkişafında geniş perspektivlər var.

 

Görüşün sonunda yekun memorandum imzalandı.