• 18:58

Qazax rayonunda şəhid Süleyman Sülemanovun xatirəsi anılıb

  • 51
15 Dekabr 2018, 16:03

Qazaxda şəhid Süleyman Sülemanovun xatirəsi anılıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, anım tədbiri Azərbaycan Respublikasının prezidenti yanında, gənclər fondunun dəstəyi, “Gəncliyin təşəbüsü” ictimai birliyinin təşkilatçılığı  ilə  keçirilib.   

 

“Şəhidlərimizi tanıyaq və tanıdaq” lahiyəsi çərçivəsində keçirilən tədbirdə, ilk olaraq tədbir iştirakçıları Qazax rayonun Daş Salahlı kəndində yerləşən şəhidlər xiyabanında, şəhid Süleyman Süleymanovun məzarı ziyarət ediblər.

 

Şəhidin məzarı üstə çiçək dəstləri qoyulub, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ruhuna dualar oxunub. Sonra onun təhsil aldığı məktəbin şagirdləri şəhid Süleyman Süleymanova həsr edilən şerlər səsləndirib.