• 11:51

Azərbaycanda at əti ixracına maraq varmı?

  • 11
11 Yanvar 2019, 16:49

Dünyada Orta Asiya ölkələri istisna olmaqla, bütün müsəlman ölkələri və ingilis dilli ölkələr at ətini istehlak etməyən ölkələrdir.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, amma Avropada Fransa, İtaliya,Almaniya kimi ölkələr başda olmaqla bu heyvanın əti ən çox istifadə olunan ət növlərindən biri hesab olunur. Hətta bəzi ölkələrdə bu sahə üzrə ixtisaslaşmış qəssabxanalar, ətlik istiqamətində yetişdirilən  atçılıq təsərrüfatları da mövcuddur. Azərbaycan isə at əti istehlak etməyən ölkələr sırasındadır.

 

Ölkəmizdə ilk dəfə 2016-cı ildə  ətlik istiqaməti üzər xaricə at əti ixrac olunub. Həmin il  xarici bazarlara 1155 baş at satılıb. Statistik məlumatlara görə növbəti illərədə isə ixrac 5,5 dəfəyə kimi yüksəlib.Lakin hazırda bu sahədə geniş maariflənmə işləri olmadığı üçün rayon sakinləri bölgələrdə geniş atçılıq təsərrüfatları qurmaqda maraqlı deyillər.