• 02:47

Baş həkim doğuş zamanı körpə ölümü ilə bağlı yayılan xəbərə münasibət bildirib

  • 16
11 Yanvar 2019, 17:37

Bərdə Rayon Doğum Evinin baş həkimi doğuş zamanı körpə ölümü ilə bağlı yayılan xəbərə münasibət bildirib.

 

Doğum evinin baş həkimi Tünzalə Quliyeva İnterAz-a açıqlamasında bildirib ki, Tərtər rayon sakini, 26 yaşlı Məhərrəmli Aysel Elçin qızı hamiləliyin patalogiyası ilə doğum evinə gətirilib: 

 

"Əməliyyatdan əvvəl hamilə qadın ultrasəs müayinəsindən keçirilib və körpənin ana bətnində ölü olduğu müəyyən edilib. Ananın vəziyyəti ağır və körpənin çəkisi böyük olduğundan qadın əməliyyat edilərək ölü uşaq ana bətnindən götürülüb".

 

Baş həkim əlavə edib ki, Aysel Məhərrəmli Doğum Evinin Reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti qənaətbəxşdir.