• 04:40

Kərbəla qəhrəmanı Xanım Zeynəbin mövlud günüdür

  • 14
12 Yanvar 2019, 15:14

Bu gün Həzrət Əli (ə.ə) və Xanım Fatimənin (s.ə) üçüncü övladları Xanım Zeynəbin (s.ə) mövlud günüdür.

 

İnterAz-ın verdiyi məlumata görə, Xanım Zeynəb (s.ə) hicrətin 6-cı ilində, cəmadiül-əvvəl ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Xanım Fatimeyi Zəhranın (s.ə) evində dünyaya gəlib.

 

Həzrət Zeynəb (s.ə) İmam Əlinin (ə) və Həzrət Fatimənin(s.ə) üçüncü övladı idi. Zeynəb ərəb dilində "atasının zinəti" deməkdir. Bu adı ona babası Həzrət Muhəmməd (s) qoyub. Xanım Zeynəb (s.ə) 5 yaşına qədər Peyğəmbərlə (s) bir dövrdə yaşayıb. Buna görə də bəzi alimlər onun səhabə olduğunu qeyd edirlər. Xanım Zeynəbin (s.ə) uşaqlıq və gənclik dövrü müqəddəs Əhli Beyt (ə) ailəsində keçib və yetkinlik yaşına çatdıqda O, İmam Əlinin (ə) qardaşı oğlu Abdullah ibn Cəfərlə ailə həyatı qurur.

 

Xanım Zeynəbi (s.ə) tanımaq üçün təkcə İmam Səccadın (s.ə) bir kəlamı bəs edir ki, O həzrət buyurur: "Kərbəlada bütün o müsibətlərə baxmayaraq, bibim Zeynəb hətta öz müstəhəb namazlarını da qılırdı, münacatlar edirdi. Kərbəla müsibəti zamanı 7 qardaşının, qardaşı balalarının və eləcə də Bəni Haşim cavanlarının şəhid edilməsi və bütün məhrumiyyətlər, səfər yorğunluğu və yetimlərə nəvaziş onu bir an da Allahdan uzaq salmırdı". 

 

Bundan əlavə, Kərbəla qəhrəmanının ibadətindən xəbərdar olan İmam Hüseyn (ə.s) Xanıma buyurmuşdu: "Əziz bacım, qıldığın gecə namazlarında mənə dua etməyi unutma".

 

Biz də bu münasibətlə bütün müsəlmanları təbrik edirik.