• 07:43

Saatlıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

  • 16
12 Yanvar 2019, 15:19

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə ötən gün rayonun Qaranuru kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, yol qəzası zamanı rayonun Qaranuru kəndinin sakinləri, 49 yaşlı Nihat Əliyev və Valeh Əhədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Saatlı Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər tətəfindən onlara ilk tibbi yardım göstərldikdən sonra birinin vəziyəti ağır olduğundan paytaxt Bakı şəhərindəki xəstəxanalardan birinə  göndərilib. 

 

Faktla bağlı araşdırma aparılır.