• 14:55

Astarada yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub

  • 24
09 Fevral 2019, 16:10

Astarada yaşayış evi içindəki əşyalarla birlikdə yanaraq kül olub.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Miki kəndində qeydə alınıb. Kənd sakini 41 yaşlı Möhsüm Hüseynova məxsus 70 kvadrat metrlik birmərtəbəli - iki otaqlı yaşayış evində gündüz saatlarında yanğın başlayıb.

 

Yanğın gündüz vaxtı olduğundan evdə heçkəs olmayıb. 

 

Ev bütün əşyalara birgə yanaraq külə dönüb. Zərərçəkənin sözlərinə görə, yanğın zamanı evdə onlara məxsus sənədlər də olub. Onları da götürmək mümkün olmayıb.

 

Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın, yanğın bölmələri tərəfindən söndürülüb. İlkin məlumata görə, hadisə elektrik naqillərində yaranan qısaqapanmadan baş verib. Faktla bağlı araşdırma aparılır.