• 11:40

Harri Keyn Dortmunda qarşı oynaya biləcək

  • 9
09 Fevral 2019, 16:35

"Tottenhem"in zədəli futbolçusu Harri Keyn Çempionlar Liqasının 1/8 finalında "Borussiya Dortmund"la cavab matçında oynaya bilər.

 

İnterAz-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ingilis hücumçunun yaxın vaxtlarda məşqlərə başlayacağı gözlənilir. Dortmund klubu ilə fevralın 13-ü keçiriləcək ilk oyunu buraxacağı dəqiq olan 25 yaşlı hücumçunun ikinci görüşə kimi sağalmasının yüksək olduğu bildirilir.

 

Qeyd edək ki, Keyn yanvarda ölkə çempionatının 22-ci turunda "Mançester Yunayted"ə qarşı matçda zədələnib.

 

Əlavə edək ki, "Borussiya" - "Tottenhem" oyunu martın 5-i keçiriləcək.