• 08:37

Tərtərdə oğurluqla məşğul olan şəxslər saxlanılıb

  • 12
11 Fevral 2019, 16:07

Tərtərdə oğurluqla məşğul olan şəxslər saxlanılıb.

 

İnterAz-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon polisinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində mənzildən və qəbirstanlıqdan oğurluq edən rayon sakinləri ifşa edilib.

 

Tərtər rayon sakini Nəcəf İbrahimov Rayon polisinə müraciət edərək evindən oğurluq olduğu barədə məlumat verib. Hadisə əlaqədar Tərtər RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qurbanov saxlanılıb. 

 

Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən daha bir əməliyyat tədbiri keçirilib. Belə ki, Sarov kəndindəki qəbiristanlıqdan aliminiumdan düzəldilmiş bəzək əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Kamandar Süleymanlı saxlanılıb. 

 

Dindirilmə zamanı onlar törətdikləri oğurluq əməllərini etiraf ediblər. 

 

Hər iki faktla bağla araşdırmalar davam etdirilir