• 07:13

Bu gün İran İslam İnqilabının 40-cı ildönümüdür

  • 13
11 Fevral 2019, 16:11

Bu gün İran İslam İnqilabının 40-cı ildönümüdür.

 

İnterAz-ın verdiyi məlumata görə, ötən əsrin 70 və 80-cı illərində İranda şah rejiminə qarşı etirazların baş qaldırması və Ruhullah Xomeyninin Fransaya sürgün edilməsi, sonradan isə İrana əzəmətli qayıdışı islam inqilabının 1979-da zəfər çalması ilə nəticələndi.

 

İnqilabın banisi Ayətullah Musəvi Xomeyni sürgündə olduğu müddət ərzində çoxlu şagird yetişdirməkdən əlavə, İrandakı şahlıq rejiminin korrupsioner mahiyyətini, diktatorluğu və Amerikanın İrandakı istismarçı siyasətini ifşa etdi və çağırışlar edərək, islam inqilabının zəfər çalmasına şərait yaratdı.

 

Zalım şahın hökmdarlığından cana doyan xalq yeganə çıxış yolunu İmam Xomeyninin ölkəyə qayıdışında görürdü. Bunun üçün 1979-cu ildə kütləvi etirazlara başlayan xalq şahın ordusu qarşısında dəyanətlə dayandı. 15 illik sürgün həyatından sonra on minlərlə amerikalının ölkənin hərbi, təhlükəsizlik, iqtisadi və siyasi mərkəzlərində ən mühüm və gəlirli postlarda çalışmasına, ölkənin təhlükəsizlik qurumlarının amerika və israillilərin nəzarətində olmasına baxmayaraq Ruhullah Musəvi Xomeyni ölkəyə gəlir və beləliklə əsrin inqilabı baş verir.

 

İmam Xomeyninin şahı devirməsi, ölkəyə dönüşü, inqilabı və qurduğu dövlət beynəlxalq analitiklərin heç bir vəchlə ağıllarına sığışdırmadıqları və Qərbin köhnə və orta əsrlərə aid sandığı dini əqidələrlə dünyanı silkələyib, Şərq və Qərbi lərzəyə gətirib və elə bir miras qoyub ki, hələ də yaşayır və fəaliyyətdədir. O, dünya tarixində böyük bir iz qoya bilib.

 

İslam inqilabı, xalqın mübarizəsi və fədakarlığı, İmam Xomeyninin misilsiz şəxsiyyəti və əzəməti Allah lütfünə və mərhəmətinə zəmin yaradıb və İran xalqına böyük hədiyyə verib. İnqilabdan sonra ölkədə elmi və milli özünəinam yaranıb.

 

İran İslam Respublikasının Azərbaycandakı səfiri müsahibəsində iki ölkə arasındakı münasibətlərə də toxunub.

 

Cənab səfir bildirib ki, İran prezidenti dəfələrlə qeyd edib: İran Azərbaycanın inkişafını hər zaman öz  inkişafı bilib, sabitçiliyin öz sabitçiliyi bilib.

 

Mərhum İmam Xomeynidən sonra onun yolunu layiqincə davam etdirən İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei inqilab barədə danışarkən deyib: "İran xalqı İnqilab üçün ağır bədəl ödədi, lakin yüzlərlə fayda əldə etdi. Bu gün xalq ağır bədəl ödəmədən İnqilabdan böyük faydalar qazanır. Bu gün İran xalqı üçün vəziyyət daha aydın və aşkar, şərait mövcud və yol daha hamardır. Düşmənlərin davamlı sanksiyası və hücum hədələri qarşısında xalq qorxmadı və müqavimət göstərdi".  

 

Qeyd edək ki, artıq 40 ildir ki, bu günlər hər il İranda qeyd edilir. Bu inqilab dünyada müsəlman xalqların və azlıqların ürəyində yeni ümid ocağı yaratdı. Eyni zamanda dünyanın iki güc qütbü üçün ciddi rəqib kimi meydana atıldı.